[b]Bombardir pokerlə fərqi 5-ə yüksəltdi[/b]
20.02.2018 - 19:28
[b]Bombardir pokerlə fərqi 5-ə yüksəltdi[/b]

Futzal üzrə Yüksək Liqada keçirilən XVI tur bombardir üçün əlamətdar olub. Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, “Xəmsə” ilə oyunda poker edən Renat Sultanov aktivindəki qolların sayını 20-yə çatdırıb.

 

Onun ən yaxın izləyicisi olan Tiaqo Bolinya isə “Yasamal”la dueldə het-trik edib. Hazırda aktivində 15 qol olan millinin üzvü liderdən 5 top geri qalır.

 

Bundan başqa, Samir Əmirov (“Xəmsə”) 13, Eduardo Borqes (“Araz”) 12, Mortoza Cahandost (“Yasamal”) 11, Namiq Məmmədkərimov (EKOL) isə aktivinə 10 top yazdırıb.

0