13 İyun 17:57 Bordinin daha bir köməkçisi bilindi
FUTBOL xəbərləri 13 İyun 17:57
652 baxış

Bordinin daha bir köməkçisi bilindi

“Neftçi”nin yeni baş məşqçisi Roberto Bordinin daha bir köməkçisinin adına aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ötən mövsüm də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilə 1 il müddətinə artırılıb.

Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da baş məşqçiyə kömək edəcəklər.

Qeyd edək ki, İqor Getman 1991-1992, 1998-2007-ci illər ərzində "Neftçi”də çıxış edib, 236 oyun keçirib, 7 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 2004, 2005), ölkə kubokunun (1999, 2004) qalibi olan Getman müstəqillik dönəmində bu komandada ən çox oyun keçirən futbolçudu. O, 1995-2001-ci illər ərzində Azərbaycan millisinin heyətində 24 oyunda meydana çıxıb.

Bunadək də əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçisidi.

Xəbər lenti