11 Dekabr 13:30 “Borussiya” lider, “Qarabağ” 19-cu oldu
FUTBOL xəbərləri 11 Dekabr 13:30
1790 baxış

“Borussiya” lider, “Qarabağ” 19-cu oldu

Çempionlar Liqasının başa çatan qrup mərhələsinin oyunlarının keçirildiyi stadionların nə dərəcədə dolmasına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin 32 iştirakçısının ev matçlarını qəbul edən arenalar arasında “Siqnal İduna Park” fərqlənib.

 

Daim anşlaq olması ilə diqqət çəkən Dortmunddakı stadion “Borussiya”nın ev oyunlarında 99,35 faiz dolub. İlk “üçlük”də İngiltərə təmsilçiləri də yer alıb. “Mançester Yunayted”in stadionu “Old Trafford” 99,10 faizlə ikinci olub. Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Çelsi” “üçlüy”ü qapayır. “Stemford Bric”də tribunalar 98,59 faiz dolub.

 

Ağdam təmsilçisinin özünün ev oyunlarını keçirdiyi Bakı Olimpiya Stadionunda isə bu rəqəm 88,41 faizə bərabərdi. Bu göstərici Çempionlar Liqasının qrupunda 19-cudu. 68700 tamaşaçı tutan arenaya hər oyunda orta hesabla 60741 azarkeş gəlib.

 

Qeyd edək ki, siyahıda sonuncu yerdə “Napoli”nin stadionu “San Paolo” qərarlaşıb.

 

yer

komanda

stadion

tutumu

orta hesabla tamaşaçı

faiz

1

Borussiya D.

Siqnal İduna Park

65829

65 402

99,35%

2

Mançester Yunayted

Old Trafford

74994

74 320

99,10%

3

Çelsi

Stemford Bric

41631

41 043

98,59%

4

Maribor

Ljudski

12702

12 349

97,22%

5

PSJ

Park de Prens

47929

46 314

96,63%

6

Leypsiq

Red Bull Arena

42959

41 374

96,31%

7

Spartak

Açıq Arena

45360

43 534

95,97%

8

Seltik

Seltik Park

60411

57 921

95,88%

9

Olimpiakos

Karaiskakis

32115

30 445

94,80%

10

MOİK

VEB Arena

30000

28 259

94,20%

11

Bavariya

Alyans Arena

75000

70 000

93,33%

12

Sportinq

Joze Alvalade

50095

46 515

92,85%

13

Bazel

Sent Yakob-Park

37500

34 471

91,92%

14

Liverpul

      Enfild

54074

49 689

91,89%

15

Real

Santyaqo Bernabeu

81044

73 657

90,89%

16

Beşiktaş

Vodafon Arena

41903

37 635

89,81%

17

Anderlext

Konstant Vanden Stok

21845

19 586

89,66%

18

Yuventus

Yuventus

41507

36 875

88,84%

19

Qarabağ

Bakı Olimpiya Stadionu

68700

60 741

88,41%

20

Sevilya

Ramon Sançes Pisxuan

42714

37 401

87,56%

21

Atletiko

Vanda Metropolitano

67703

57 596

85,07%

22

Porto

Draqao

50033

42 185

84,31%

23

Mançester Siti

Etihad

55097

45 793

83,11%

24

Feyenoord

De Kuip

51177

41 167

80,44%

25

Şaxtyor

Metallist

40003

30 134

75,33%

26

APOEL

GSP

22859

17 211

75,29%

27

Tottenhem

Uembli

90000

64 601

71,78%

28

Benfika

    Da Luj

64642

39 492

61,09%

29

Barselona

Nou Kamp

99354

60 673

61,07%

30

Roma

Olimpiko

70634

41 786

59,16%

31

Monako

Luis II

18523

9 378

50,63%

32

Napoli

San Paolo

60240

25 878

42,96%

 

Xəbər lenti