[b]“Borussiya” yeni baş məşqçisini açıqladı[/b]
22.05.2018 - 14:06
[b]“Borussiya” yeni baş məşqçisini açıqladı[/b]

Dortmund “Borussiya”sının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yeni mövsümdən Lusyen Favr Bundesliqa təmsilçisini çalışdıracaq.

 

Tərəflər arasında danışıqlar müsbət nəticələnib və 60 yaşlı mütəxəssis 2 illik rəsmi müqaviləyə qol çəkib. Ondan əvvəl bu komandanı Peter Şteger çalışdırırdı. O, mövsüm başa çatar-çatmaz vəzifəsindən ayrılmışdı. “Borussiya” isə mövsümü 4-cü pillədə tamamlayıb.

 

Qeyd edək ki, Lusyen Favrın son klubu “Nitsa” olub. O, mayın 17-də Fransa təmsilçisi ilə vidalaşıb.

0