24 Fevral 12:20 “Braziliya həmişə favoritdi” - Pele
FUTBOL xəbərləri 24 Fevral 12:20
506 baxış

“Braziliya həmişə favoritdi” - Pele

“Braziliya yenə favoritdi. Bu komanda həmişə çempionluq uğrunda mübarizə aparacaq gücdədi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri əfsanəvi futbolçu Pele deyib.

 

Üçqat dünya çempionu yayda Rusiyada keçiriləcək dünya çempionatı haqda danışıb. “Futbol kralı” mundialın əsas favoritləri sırasında Braziliyanın da olduğunu qeyd edib: “Son dünya çempionatlarına yaxşı hazırlaşmağa vaxtımız olmayıb. Braziliyanın əksər oyunçuları xarici ölkələrdə çıxış edirlər. Buna görə də, yığmanın məşqçilərinin işi daha da çətinləşir. Çünki komandanın üzərində işləmək lazımdı. Sadəcə, futbolçuları çağırıb, meydana buraxmaqla olmur. Amma braziliyalıların fərdi planda əvvəlki kimi dünyanın ən yaxşı oyunçuları olmasına şübhə etmirəm. Braziliya həmişə favoritdi”.

 

Pele “pentakampeonlar”ın mundialdakı əsas rəqiblərinin adlarını da açıqlayıb: “Həmişəki kimi, Almaniyaya hörmətlə yanaşmaq lazımdı. Buraya Rusiyanı da qatardım. Çünki onlar ev sahibidi. Cənubi Amerika ölkələrindən isə Argentinanın adını çəkməmək olmaz”.