[b]Braziliya millisinin mundiala gedəcək 15 futbolçusu açıqlandı - SİYAHI[/b]
17.02.2018 - 01:10
[b]Braziliya millisinin mundiala gedəcək 15 futbolçusu açıqlandı - SİYAHI[/b]

Braziliya yığmasının baş məşqçisi Tite dünya çempionatına yollanacaq heyətin böyük hissəsini açıqlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, çalışdırıcı 23 nəfərdən 15-ni artıq müəyyənləşdirdiyini söyləyib.

 

O, yalnız 8 boş yerin qaldığını vurğulayıb. Yayda Rusiyada təşkil ediləcək mundialda PSJ-nin 4, "Real", "Barselona" və "Mançester Siti"nin 2, "Roma", "İnter", "Beyçzin Qoan", "Çelsi" və "Liverpul"un isə 1 oyunçusunun iştirak edəcəyi artıq dəqiqdi.

 

Qapıçı: Alisson ("Roma")

Müdafiəçilər: Dani Alveş, Markinyoş, Tiaqo Silva (hamısı PSJ), Miranda ("İnter"), Marselo ("Real")

Yarımmüdafiəçilər: Kasemiro ("Real"), Renato Auqusto ("Beyçzin Qoan"), Paulinyo, Koutinyo (hər ikisi "Barselona"), Villian ("Çelsi"), Fernandinyo ("Mançester Siti")

Hücumçular: Neymar (PSJ), Qabriel Jezuş ("Mançester Siti"), Firmino ("Liverpul")

 

Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Kosta-Rika, Serbiya və İsveçrə ilə bir qrupda yer alacaq.

0