[b]Braziliya millisinin üzvü "Real"ın "radar"ında[/b]
18.06.2018 - 10:29
[b]Braziliya millisinin üzvü "Real"ın "radar"ında[/b]

“Roma”nın qolkiperi Alisson karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, “Real” mövsümlərarası fasilədə braziliyalı qapıçını heyətinə qatmaq istəyir.

Madrid klubu Alissonun qarşılığında “canavarlar”a 50 milyon avro təklif edib. Ancaq “Roma” 70 milyon avro tələb edir.

“Marca”nın iddiasına görə, keçid 60 milyon avro qarşılığında reallaşa bilər.

Qeyd edək ki, Alisson hazırda Braziliya millisinin heyətində dünya çempionatında iştirak edir.

0