[b]Braziliya yığmasının heyəti açıqlandı[/b]
12.03.2018 - 19:51
[b]Braziliya yığmasının heyəti açıqlandı[/b]

Braziliya yığmasının yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, mart ayında Rusiya və Almaniya ilə keçiriləcək qarşılaşmalara 25 oyunçu çağırılıb.

 

Diqqətçəkən məqam baş məşqçi Titenin "Beşiktaş"ın yarımmüdafiəçisi Talişkaya dəvət göndərməsidi.

 

Qapıçılar: Alisson ("Roma", İtaliya), Ederson ("Mançester Siti", İngiltərə), Neto ("Valensiya", İspaniya)

Müdafiəçilər: Daniel Alveş, Tiaqo Silva, Markinyoş (hamısı PSJ, Fransa), Marselo ("Real", İspaniya), Miranda ("İnter", İtaliya), Felipe Luis ("Atletiko", İspaniya), Pedro Jeromel ("Qremio"), Rodriqo Kayo ("Sao Paulo"), Faqner ("Korintians")

Yarımmüdafiəçilər: Villian ("Çelsi", İngiltərə), Paulinyo, Koutinyo (hər ikisi "Barselona", İspaniya), Fernandinyo ("Mançester Siti", İngiltərə), Renato Auqusto ("Beyçzin Qoan", Çin), Kasemiro ("Real", İspaniya), Fred ("Şaxtyor", Ukrayna), Talişka ("Beşiktaş", Türkiyə)

Hücumçular: Duqlas Kosta ("Yuventus", İtaliya), Roberto Firmino ("Liverpul", İngiltərə), Qabriel Jezuş ("Mançester Siti", İngiltərə), Tayson ("Şaxtyor", Ukrayna), Villian Joze ("Real Sosyedad", İspaniya).

 

Qeyd edək ki, Braziliya millisi martın 23-də Rusiya, 27-də isə Almaniya ilə qarşılaşacaq.

0