[b]Braziliya yığmasının qapıçısının avtomobili oğurlandı[/b]
24.10.2017 - 11:24
[b]Braziliya yığmasının qapıçısının avtomobili oğurlandı[/b]

“Botafoqo” klubunun qapıçısı Cefferson de Oliveyra Qalvao silahlı hücuma məruz qalıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hadisə Rio-de-Janeyro şəhərində baş verib.

 

Belə ki, soyğunçular Braziliya millisinin qolkiperinin yolda önünü kəsiblər. 34 yaşlı oyunçunu aşağı düşürən quldur dəstənin üzvləri avtomobilə minərək, onu oğurlayıblar. Hadisə həmin küçədə yerləşən video-kameralara düşüb.

 

Qeyd edək ki, 2011-ci ildən bəri Braziliya yığmasının heyətində 22 oyunda iştirak etmiş Cefferson Türkiyədə “Trabzonspor” və “Konyaspor”un da formasını geyinib.

0