22 Mart 10:24 Braziliya yığmasının üzvünə “Real”dan 60 milyonluq təklif
FUTBOL xəbərləri 22 Mart 10:24
666 baxış

Braziliya yığmasının üzvünə “Real”dan 60 milyonluq təklif

“Roma”nın qapıçısı Alisson Bekker karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, braziliyalı qolkiperin xidmətində “Real” maraqlıdı.

 

Madrid klubu “sambaçı”ya görə 60 milyon avro ödəməyə hazırdı. “Qalaktikos” bu qədər məbləğla yanaşı, qapıçı Keylor Navas və yarımmüdafiəçi Mateo Kovaçiçi də qarşı tərəfə verməyə razıdı. Adı “Liverpul”la da birgə hallanan Alissona ispanlar tərəfindən 5 illik müqavilə təklif olunub. O, buna razılıq versə, yeni komandasında ildə 5 milyon avro məvacib alacaq.

 

Qeyd edək ki, Braziliya yığmasının da şərəfini qoruyan 25 yaşlı çərçivə qoruyucusu 2016-cı ildən “Roma”nın formasını geyinir.

Xəbər lenti