[b]Braziliyalı futbolçu "İnter"ə "hə" dedi[/b]
23.06.2018 - 14:48
[b]Braziliyalı futbolçu "İnter"ə "hə" dedi[/b]

“Bordo”nun yarımmüdafiəçisi Malkom karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu “İnter”ə keçməyə razılıq verib.

 

“Bordo” da öz növbəsində Malkomla yollarını ayırmağa hazırdı. Transferin 29 iyunda rəsmiləşəcəyi gözlənilir.

 

Daha öncə Fransa klubunun braziliyalı orta sahə oyunçusu müqabilində 50 milyon avro tələb etdiyi bildirilmişdi.

 

Qeyd edək ki, geridə qalan mövsümdə Fransa Liqa 1-də 35 matçda meydana çıxan Malkom 12 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

0