[b]Braziliyalı müdafiəçiyə 2 oyunluq cəza[/b]
13.09.2017 - 18:42
[b]Braziliyalı müdafiəçiyə 2 oyunluq cəza[/b]

“Real”ın braziliyalı müdafiəçisi Marseloya cəza kəsilib. Apasport.az saytı xəbər verir ki, sol cinah müdafiəçisi İspaniya Futbol Federasiyası tərəfindən iki oyunluq cəzalandırılıb.

 

Buna "sambaçı"nın La Liqanın III turunda “Levante” ilə keçirilən matçda (1:1) qırmızı vərəqə alması səbəb olub. O, rəqib futbolçu Cefferson Lermunun sinəsinə təpiklə zərbə vurduğu üçün meydandan qovulmuşdu.

 

İki oyunluq cəzalandırılan Marselo “Real Sosyedad” və “Betis”lə çempionat görüşlərində komandasına kömək edə bilməyəcək. 

0