20 May 16:47 Britaniya hökümətindən Abramoviçə əngəl: Finalı izləyə bilmədi
FUTBOL xəbərləri 20 May 16:47
321 baxış

Britaniya hökümətindən Abramoviçə əngəl: Finalı izləyə bilmədi

“Çelsi”nin sahibi, yəhudi əsilli rusiyalı biznesmen Roman Abramoviç Böyük Britaniya hökümətinin qəzəbinə tuş gəlib. Apasport.az saytının məlumatına görə, milyarderin vizasının müddəti 3 həftə əvvəldən başa çatsa da, yerli hakimiyyət onun müddətini uzatmaqdan hələ ki imtina edir.

 

Belə olan halda komandası FA kubokunun finalında “Mançester Yunayted”lə qarşılaşan Abramoviç həlledici oyunu izləyə bilməyib. “Çelsi” 1:0 hesablı qələbə ilə kuboka sahib olub.

 

Maraqlıdı ki, biznesmenin müraciətinə Britaniya höküməti rəsmi olaraq rədd cavabı verməyib. Sənədlərin qəbulu hələlik ləngidilir.

 

Qeyd edək ki, yerli mətbuat viza məsələsinin ləngidilməsinin məşhur “Skripal işi” ilə əlaqədar ola biləcəyini iddia edir.

Xəbər lenti