[b]“Bu, Bakıya gedən yolun başlanğıcıdı” – “Beşiktaş” rəsmisi[/b]
21.06.2018 - 16:35
[b]“Bu, Bakıya gedən yolun başlanğıcıdı” – “Beşiktaş” rəsmisi[/b]

“Beşiktaş” bu mövsüm Avropa Liqasını qazanmağı hədəfləyir. Final matçının Bakıda olması bizə əlavə stimul verir”. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu “Beşiktaş”ın direktoru Rıza Ali Naibi deyib.

Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq İstanbul nəhənginin potensial rəqibləri “B36 Torshavn” (Farer adaları), “Sent-Jozef” (Cəbəllütariq) və “Mladost”du (Monteneqro).

 

Naibi bu mövsüm finala qədər irəliləmək istədiklərini söyləyib: “Önümüzdə uzun bir yol var. Qrupa qədər irəliləmək üçün 3 mərhələ keçməliyik. İlk rəqibimizi məğlub etdikdən sonra önümüzə baxacağıq. Bu puşk bizim üçün Bakıya gedən yolun başlanğıcıdı. Bu mövsüm Avropa Liqasında sona qədər irəliləmək çox vacibdi. Həm final görüşünün Bakıda olması, həm də UEFA Superkubokunun bizim stadionumuza salınması “Beşiktaş” üçün əlavə motivasiyadı”.

 

Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

0