21 May 21:55 “Bu formanı yenidən geymək mənə qismət olacaq” - FOTO
FUTBOL xəbərləri 21 May 21:55
419 baxış

“Bu formanı yenidən geymək mənə qismət olacaq” - FOTO

“Çox maraqlı və mübarizə səviyyəsi yüksək olan oyun getdi. “Qarabağ”ı çempionluq münasibət ilə təbrik edirəm və ÇL-də uğurlar arzulayıram. Ümid edirəm ki, yenə bizi sevindirəcəklər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin müdafiəçisi İlqar Qurbanov deyib.

 

Topaz Premyer Liqasının son turunun son matçında “Qarabağ”la qarşılaşan əyalət klubu 0:1 hesablı məğlubiyyətə üzülüb.

 

Matçdan sonra fikirlərini bölüşən təcrübəli futbolçu ölkə kubokunu qazanmaq istədiklərini deyib: “Əlbəttə, biz də istərdik ki, çempion olaq, amma alınmadı. Qarşıda vacib final görüşü var. Ən azından kuboku qazanmaq istəyirik. Daha sonra isə Avropa Liqasına hazırlaşacağıq”.

 

Təxminən 10 ildən sonra ilk dəfə milliyə dəvət alan 32 yaşlı futbolçu dəvətə görə təşəkkür edib: “Sevindirici haldır. Şükürlər olsun ki, bu formanı yenidən geymək mənə qismət olacaq. Dəvətə görə təşəkkür edirəm. İnşallah, yaxşı olar”.

Xəbər lenti