[b]“Bu, iki tərəf üçün də uğursuz transfer olacaqdı” – Xosep Qvardiola[/b]
21.07.2018 - 01:58
[b]“Bu, iki tərəf üçün də uğursuz transfer olacaqdı” – Xosep Qvardiola[/b]

Xosep Qvardiola “Napoli”ni “Çelsi”yə dəyişən Jorjinyo haqqında açıqlama verib. Apasport.az saytının məlumatına görə, “Football İtalia”ya danışan Pep oyunçunun “Mançester Siti”yə mümkün keçidi ilə bağlı danışıb.

 

“Jorjinyonun bizimlə müqavilə bağlamadığına görə məyus olmadım. Cəhd elədik, amma həmişə futbolçulara məsləhət görmüşəm ki, ürəkləri istədiyi klublara keçsinlər. Görünür o, Sarri ilə birlikdə “Çelsi”də oynamaq istəyir. Əgər bizə gəlsəydi, bu, iki tərəf üçün də uğursuz transfer olacaqdı” – deyə Qvardiola bildirib.

 

Qeyd edək ki, Jorjinyo “Napoli”dəki baş məşqçisi Maurisio Sarri ilə birlikdə “Çelsi”yə keçib.

0