[b]Buffon “Boka Xuniors”a keçə bilər[/b]
16.04.2018 - 09:59
[b]Buffon “Boka Xuniors”a keçə bilər[/b]

“Yuventus”un qolkiperi Canluici Buffon karyerasını Argentinada davam etdirə bilər. Apasport.az saytının “Radio Continental”a istinadən məlumatına görə, mövsümün sonunda “qoca senyora” ilə müqavilə müddəti bitəcək 40 yaşlı qapıçı “Boka Xuniors”un maraq dairəsinə düşüb.

 

Buenos-Ayres təmsilçisi Buffonla 6 aylıq saziş bağlamaq niyyətindədi. “Boka Xuniors”un forvardı Karlos Teves hazırda keçmiş komanda yoldaşını razı salmağa çalışır.

 

Daha öncə Buffonun yayda karyerasını bitirəcəyi barədə xəbərlər yayılmışdı.

0