[b]Buffonun bir ayağı PSJ-də[/b]
21.06.2018 - 10:06
[b]Buffonun bir ayağı PSJ-də[/b]

“Yuventus”un sabiq qolkiperi Canluici Buffon PSJ-yə keçmək üzrədi. Apasport.az saytının “Paris United”ə istinadən məlumatına görə, italiyalı qapıçı artıq Fransa paytaxtında ev axtarışlarına başlayıb.

 

Buffonun yaxın günlərdə PSJ üçün tibbi müayinədən keçəcəyi gözlənilir. Onun fransız klubu ilə iki illik müqaviləyə imza atacağı və ilinə 7 milyon avro qazanacağı bildirilir.

 

Buffon həmçinin 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının səfiri kimi çalışacaq.

0