[b]Bundesliqa klubunda yeni baş məşqçi[/b]
20.02.2018 - 16:40
[b]Bundesliqa klubunda yeni baş məşqçi[/b]

“Volfsburq”un yeni baş məşqçisi bəlli olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik Martin Şmidtin yerinə Bruno Labbadianı təyin edib.

 

Dünən Şmidtlə yollarını ayıran Bundesliqa təmsilçisi yeni çalışdırıcı ilə münasibətləri rəsmiləşdirib. Müqavilə müddəti gələn ilin yayına qədər olan Labbadia bu gün komandasını ilk məşqə çıxaracaq. 52 yaşlı mütəxəssisin son iş yeri 2015-16 mövsümündə “Hamburq” olub. O, həmçinin “Darmştadt”, “Qreyter Fürt”, “Bayer” və “Ştutqart”a da rəhbərlik edib.

 

Qeyd edək ki, “Volfsburq” Bundesliqanın geridə qalan 23 turundan sonra turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

0