[b]Bundesliqada görünməmiş hadisə: Türk futbolçu bunu bəyənməyəcək[/b]
19.05.2017 - 19:21
[b]Bundesliqada görünməmiş hadisə: Türk futbolçu bunu bəyənməyəcək[/b]

Almaniya Bundesliqasında yeni mövsümdən etibarən bir ilk yaşanacaq. Apasport.az saytının məlumatına görə, tarixdə ilk dəfə ölkənin əsas çempionatında qadın hakim iş başında olacaq.

 

Bu sahədə ilk addımı Bibiana Steynhauz atacaq. Vaxtilə qadınlar arasında çempionatda, 2011-ci ildən isə II Bundesliqa oyunlarında əsas söz sahibi olan, Bundesliqada isə 4-cü hakimlik edən 38 yaşlı referi özünü daha səviyyəli oyunlarda sınamaq imkanı qazanıb.

 

Əsas çempionatda ehtiyat hakimlik etdiyi zamanlarda “Bavariya”nın o zamankı baş məşqçsi Xosep Qvardiola ilə mübahisə ilə diqqət mərkəzinə gəlmiş baş hakim “Hoffenhaym”ın türk futbolçusu Kərəm Dəmirbayın cəzalanmasına da səbəb olmuşdu.

 

 

“Fortuna”da oynayarkən qırmızı vərəqə ilə cəzalandırılan Kərəm onun haqqında “Kişilərin arasında qadın hakimin nə işi var?” demiş və bu sözünə görə 5 oyunluq cəza almışdı.

 

 

Qeyd edək ki, əsl peşəsi polis zabiti olan Bibiyana 2005-ci ildən FİFA dərəcəsi daşıyır.

0