12 İyul 12:35 “Bunu bəhanə etmək fikrimiz yoxdu” - “Uypeşt”in futbolçusu
FUTBOL xəbərləri 12 İyul 12:35
528 baxış

“Bunu bəhanə etmək fikrimiz yoxdu” - “Uypeşt”in futbolçusu

“Bakı ilə bağlı təəssüratlarım yaxşıdı. Burda təmiz və gözəl mühit gördük”. Apasport.az saytının məlumatına görə, bunu “Uypeşt”in yarımmüdafiəçisi Daniel Nad deyib.

 

Macarıstan təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə oyun üçün dünən ölkəmizə gəlib. Qarşılaşma öncəsi yerli mətbuata açıqlama verən 27 yaşlı futbolçu uzun səfərə baxmayaraq, matça hazır olacaqlarını söyləyib: “Səfərimiz uzun çəkdiyindən, yorucu oldu. Ancaq bunu bəhanə etmək fikrimiz yoxdu. Bütün çətinliklərə baxmayaraq, oyun zamanı ən yaxşı formada olmağa çalışacağıq. Çalışırıq fiziki gücümüzü mümkün qədər tez bərpa edək və matç vaxtı enerjimiz yüksək olsun. Qaldığımız oteldə dincəlmək və oyuna tam hazır olmaq üçün hər cür şəraitimiz var”.

 

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Uypeşt” görüşü 21:00-da start götürəcək.