24 Fevral 18:22 "Bunu gözləmirdim" - Fariz Nəcəfov
FUTBOL xəbərləri 24 Fevral 18:22
1007 baxış

"Bunu gözləmirdim" - Fariz Nəcəfov

Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Səbail"lə qarşılaşan "Qəbələ" gözlənilmədən meydanı məğlubiyyətlə (1:2) tərk edib. Qarşılaşmadan sonra komandasının çıxışını dəyərləndirən "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Bu nəticəni gözləyirdinizmi?

- Əlbəttə ki, xeyr. Bunu gözləmirdim. Bilirdik ki, gərgin olacaq. Çünki bundan əvvəlki matça baxmışdıq. "Qarabağ"a qarşı çox gərgin çıxış etmişdilər. "Səbail"i təbrik edirəm. Çox yaxşı mübarizə apardılar.

 

- "Qarabağ"la matçdan sonra Cavid Hüseynov demişdi ki, komanda ürəklə oynamadı, bu üzdən bərabərə qaldıq. Bu gün necə, həmin prosesin davamı oldu?

- Deyə bilərəm ki, komanda bu gün özünə bir balaca, inamlı arxayın oynadı. Amma demək olmaz ki, istəkli deyildi.

 

- "Qarabağ" zirvədə təkdi. Onların çempionluğu böyük ölçüdə təmin etdiklərini söyləmək olarmı?

- Mən həmişə demişəm ki, biz sona qədər mübarizə aparacağıq. Xal fərqindən asılı olmayaraq, yarışdan qopmayacağıq. Qarşıda hələ çox oyun var.

 

- Çempionluq bir qədər əlçatmaz görünür. Artıq ölkə kuboku barədə düşünürsünüzmü?

- Hər iki cəbhədə axıra qədər mübarizəmizi aparacağıq. İndidən heç nə demək olmaz.