[b]Cavid Hüseynova 3 oyunluq cəza[/b]
23.05.2018 - 12:57
[b]Cavid Hüseynova 3 oyunluq cəza[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXVIII turunda baş verənlər müzakirə olunub.

 

“Sumqayıt” – “Zirə” matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimələnib. Oyunun 90+3-cü dəqiqəsində “Sumqayıt” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat ziyana düşüb.

 

“Kəpəz”lə qarşılaşmanın 87-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Neftçi”nin futbolçusu Kiril Petrov 1 oyunluq cəzalanıb və klubunu 200 manat xərcə salıb.

 

“Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun cəzası daha ağır olub. “Qarabağ”la görüşün 45+2-ci dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan yarımmüdafiəçi 3 oyunluq cəzalanıb. O, komandasını 2400 manat cəriməyə məruz qoyub.

0