[b]"Çelsi" Moratanı göndərib, onu alır[/b]
25.06.2018 - 13:37
[b]"Çelsi" Moratanı göndərib, onu alır[/b]

“Çelsi” “Tottenhem” və “Bavariya”nın istədiyi Kristian Pulişiç uğrunda mübarizəyə qoşulub. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, “zadəganlar” Dortmund Borussiyasının vingerini “Mançester Yunayted”ə keçəcəyi gözlənilən Villianın əvəzedicisi qismində görürlər.

 

“Çelsi” Pulişiçin transfer dəyərini aşağı salmaq üçün Alvaro Moratanı qarşı tərəfə göndərməyə hazırdı.

 

“Borussiya” 19 yaşlı futbolçuya görə 68 milyon avro tələb edir.

 

Qeyd edək ki, Dortmund klubu daha öncə “Çelsi”nin hücumçusu Mişi Batşuayinin transfer haqlarını almaqdan imtina etmişdi.

0