[b]“Çelsi” Villianı “Barselona”ya satmağa razılıq verdi[/b]
22.07.2018 - 18:38
[b]“Çelsi” Villianı “Barselona”ya satmağa razılıq verdi[/b]

“Çelsi” braziliyalı yarımmüdafiəçisi Villianı “Barselona”ya satmağa razılıq verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “zadəganlar” bunun üçün qarşı tərəfdən vaxt istəyib.

 

Belə ki, London təmsilçisi Villianın boşluğunu doldurduqdan sonra ona “yaşıl işıq” yandıracaq. Premyer Liqa klubu konkret olaraq MOİK-in yarımmüdafiəçisi Aleksandr Qolovini transfer etdikdən sonra Braziliya millisinin üzvünü İspaniyaya göndərəcək. Rusiyalı futbolçu hazırda “Monako”nun da maraq dairəsindədi. Dünya çempionatında özünü yaxşı tərəfdən göstərən Qolovin özü də karyerasını İngiltərədə davam etdirməkdə maraqlıdı.

 

Qeyd edək ki, 22 yaşlı Aleksandr Qolovin 2014-cü ildən peşəkar futbolçu kimi MOİK-in formasını geyinir.

0