[b]“Çelsi”dən İtaliyaya [/b]
21.07.2018 - 14:48
[b]“Çelsi”dən İtaliyaya
[/b]

İngiltərənin “Çelsi” klubunun futbolçusu Ceremi Boqa karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi “Sassuolo”ya keçib.

 

London təmsilçisi Fili Dişi Sahili millisinin futbolçusunu 4,5 milyon avroya satıb. “Çelsi”nin yetirməsi olan afrikalı doğma klubundan daha çox icarələrdə çıxış edib. O, “Renn”, “Birmingem” və “Qranada”nın formasını geyinib.

0