19 Oktyabr 21:15 “Çelsi”nin futbolçusu hər kəsi qabaqladı
FUTBOL xəbərləri 19 Oktyabr 21:15
532 baxış

“Çelsi”nin futbolçusu hər kəsi qabaqladı

“Çelsi”nin futbolçusu Sesar Azpilikueta Avropanın beş böyük liqasında müdafiəçilər arasında ən çox qol ötürməsi verən oyunçudur. Apasport.az saytının məlumatına görə, 28 yaşlı ispaniyalı cari mövsüm artıq 4 dəfə komanda yoldaşına fərqlənmək üçün şərait yaradıb.

 

O, Premyer Liqanın “Everton” (2:0) və “Lester”lə (2:1) oyunlarında bir, “Stok Siti” ilə matçda isə iki dəfə asist edib.

 

Maraqlıdır ki, Azpilikueta yalnız bir oyunçuya, həmyerlisi Alvaro Morataya məhsuldar ötürmə edib. 

Xəbər lenti