14 Sentyabr 15:12 “Çelsi”nin futbolçusu qərarını verdi
FUTBOL xəbərləri 14 Sentyabr 15:12
762 baxış

“Çelsi”nin futbolçusu qərarını verdi

“Çelsi”nin futbolçusu Eden Azar gələcək karyerası ilə bağlı qərarını verib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi London təmsilçisində qalmağı üstün tutub.

 

Belə ki, adı müxtəlif klublarla birgə hallanan Azar “Çelsi” rəhbərliyinin yeni müqavilə təklifini qəbul edib. Tərəflər sözləşmənin müddətini 2021-ci ilə qədər uzatmağa razılaşıblar. Azar yaxın günlərdə yeni anlaşmaya qol çəkəcək. Müqavilənin maliyyə şərtləri isə hələ açıqlanmır.

 

2012-ci ildən “Çelsi”nin formasını geyinən Eden Azar “zadəganlar”ın heyətində 251 oyunda 72 qola imza atıb.

 

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biridi. 

 

Xəbər lenti