16 Oktyabr 15:47 “Çelsi”nin müdafiəçisi Bakıya gəlməyə bilər
FUTBOL xəbərləri 16 Oktyabr 15:47
198 baxış

“Çelsi”nin müdafiəçisi Bakıya gəlməyə bilər

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi”də daha bir futbolçu sıradan çıxıb. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, sağ cinah müdafiəçisi Viktor Mozes zədələnib.

 

İngiltərə Premyer Liqasının VIII turunda “Kristal Pelas”la (1:2) səfər matçının 40-cı dəqiqəsində ayağından xəsarət alaraq əvəzlənən Nigeriya millisinin üzvünün durumuna aydınlıq gəlib. Tibbi müayinənin ardından həkimlər 27 yaşlı oyunçunun ən azı 1 ay məşqə başlaya bilməyəcəyini açıqlayıblar. Bu isə o deməkdi ki, Mozesin Çempionlar Liqasının V turu çərçivəsində noyabrın 22-də Bakıda “Qarabağ”la keçiriləcək görüşü buraxmaq təhlükəsi var.

 

Qeyd edək ki, “Çelsi”nin digər zədəlilərindən hücumçu Alvaro Morata yenicə kollektivə qoşulubsa, yarımmüdafiəçi Nqolo Kante hələ bir müddət kənarda qalacaq.

Xəbər lenti