27 May 16:23 Çempionlar Liqasında qrup mərhələsinin ilkin səbətləri müəyyənləşdi
FUTBOL xəbərləri 27 May 16:23
3319 baxış

Çempionlar Liqasında qrup mərhələsinin ilkin səbətləri müəyyənləşdi

Çempionlar Liqasının qrup mərhələsinin ilkin səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışın son qalibi olan “Real” 1-ci səbətdə yer alıb.

 

Finalda uduzan “Liverpul” isə 3-cü səbətə düşüb.

 

Mübarizəyə birbaşa qrupdan başlayacaq 26 komanda 4 səbətə bölünüb. 1-ci səbətdə 8, digərlərinin hərəsində 2 komanda qərarlaşıb.

 

Təsnifat mərhələlərində qalib olacaq bu 6 komanda püşkatma öncəsi səbətlərini tanıyacaq. Sensasiyaların olması, aşağı reytinqli klubların qrupa düşməsi ilkin səbətlərdə cüzi dəyişikliklər yarada bilər.

 

Hazırda təsnifatda oynayacaq komandalardan ən yüksək reytinqlilər “Benfika” və “Bazel” 2-ci, “Zalsburq”la “Lüdoqorets” 3-cü səbətə namizəddi. PSV və “Seltik”də reytinqinə görə qrupa daha yaxın hesab edilir.

 

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” 4 təsnifat mərhələsini keçib, qrupa düşsə, sonuncu səbətdə yer alacaq.

 

Çempionlar Liqası

Qrup mərhələsi

I səbət

“Real”

“Atletiko”

“Barselona”

“Mançester Siti”

“Yuventus”

“Bavariya”

PSJ

“Lokomotiv”

II səbət

“Borussiya” D

“Mançester Yunayted”

“Porto”

“Şaxtyor”

“Napoli”

“Tottenhem”

III səbət

“Roma”

“Liverpul”

“Şalke”

“Lion”

“Monako”

MOİK

IV səbət

“Valensiya”

“Viktoriya”

“Brügge”

“Qalatasaray”

“İnter”

“Hoffenhaym”

Xəbər lenti