[b]ÇL: ən gözəl qola 5 namizəd[/b]
22.02.2018 - 13:51
[b]ÇL: ən gözəl qola 5 namizəd[/b]

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra ən gözəl qola namizədlər müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, 5 qol arasında seçim ediləcək. 

 

Belə ki, Sadio Manenin (“Liverpul”) “Porto” ilə, İlkay Gündoğanın (“Mançester Siti”) “Bazel”lə, Villianın (“Çelsi”) “Barselona” ilə, Fredin (“Şaxtyor”) “Roma” ilə, həmçinin Qonzalo İquinin (“Yuventus”) “Tottenhem”lə qarşılaşmada rəqib qapısından keçirdiyi top ən gözəl qola namizəddi.

 

Qeyd edək ki, ilk matçlarda Mane het-trik, Gündoğan və İquain dubl ediblərsə, Fredlə Villian hərəyə bir dəfə fərqləniblər.

0