[b]II təsnifat mərhələsinin 9 cütü dəqiqləşdi[/b]
18.07.2018 - 09:54
[b]II təsnifat mərhələsinin 9 cütü dəqiqləşdi[/b]

Avrokubokların II təsnifat mərhələsinin 9 cütü dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən 10 qarşılaşma hər iki turnirdəki bəzi cütlərin tərkibinə aydınlıq gətirib.

Qalib gələn komandalar Çempionlar Liqasında 5 cütün müəyyənləşməsində rol oynayıb. Onlardan üçü yarışa bu raunddan qoşulacaq komandalara – Zaqreb “Dinamo”su, BATE və ÇFR-ə rəqib olubsa, dörd klub iki cüt təşkil edib.

Çempionlar Liqası ilə vidalaşan 10 komanda isə Avropa Liqasına yollanıb. Bu klubların iştirakı ilə keçiriləcək duellərin dördünün də tərkibi dəqiqləşib.


Çempionlar Liqası
II təsnifat mərhələsi
Çempionlar yolu

“Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan)

ÇFR (Rumıniya) - “Malmö” (İsveç)

“Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva)

BATE (Belarus) - HİK (Finlandiya)

“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail)

 

Avropa Liqası
II təsnifat mərhələsi
Çempionlar Liqası yolu
TNS (Uels) – “Linkoln” (Cəbəllütariq)

APOEL (Kipr) - “Flora” (Estoniya)

“Düdelanj” (Lüksemburq) – “Drita” (Kosovo)

“Spartak” (Latviya) - “La Fiorita” (San-Marino)

 

0