[b]Dadaşovun komandasından 8-ci transfer[/b]
19.06.2018 - 13:55
[b]Dadaşovun komandasından 8-ci transfer[/b]

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun yenicə transfer olunduğu “Proyssen” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, III Bundesliqa təmsilçisi daha bir oyunçu ilə anlaşıb.

Münster klubu “Şalke”nin yarımmüdafiəçisi Rene Klinqenburqla güclənib. Gelzenkirxen təmsilçisinin II komandasında çıxış edən universal futbolçu “Proyssen”in 8-ci transferi olub.

Ona qədər Marko Antverpenin komandası qapıçılar Oliver Şnitzler, Marian Prints, müdafiəçilər Dominik Lanyus, Niklas Heydemann, Uğur Tezel, yarımmüdafiəçi Kevin Rodriges Pires və hücumçu Rüfət Dadaşovu heyətinə qatmışdı.

Qeyd edək ki, ötən mövsüm “Dinamo”nun formasını geyinmiş Rüfət Dadaşov IV Bundesliqanın bombardiri olmuşdu.

0