[b]Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları[/b]
22.05.2018 - 13:43
[b]Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları[/b]

Qış fasiləsində "Keşlə"yə bir növcavan gətirildi. Bu, həmin ərəfələr idi ki, komanda üçün baş məşqçi axtarılırdı. 


Baş məşqçi müəyyənləşdirilməmiş futbolçu icarəyə götürən klubun ciddiyyəti haqda danışmaq yersizdi. Ancaq bir məqam haqqında danışmaq mütləqdi. 

Pablo Padio qış transfer dövründən mövsümün sonunadək cəmi 2 oyunda meydana buraxıldı. İndi klub rəsmisi Rəmiş Malıyev açıqlayır ki, baş məşqçinin rəyinə əsasən futbolçu ilə yollar ayrıldı. 


Nəyə görə cəmi iki oyunda meydana buraxılan bir oyunçu üçün bir neçə ay icarə haqqı ödənməliydi?


Yenə bunu baş məşqçi istəyib, gətirsəydi, heç olmasa, sorğu-sual etməyə hədəf olardı, bu anormallığı klubun meneceri edib. Təbii ki, özbaşına etməz. Bu cür məsələlər çox klubda olur. Buna "yeyinti" deyirlər. Sadəcə, "Keşlə" yeyinti məhsulları müəssisəsi əl əməyində istifadə edir, hələ müasir cihazlara sahiblənməyib, icraçı heyət də naşıdı deyə, bu qədər əyani şəkildə ayıbçılıq elədilər. 


Zarafat bir yana. "Keşlə"nin büdcəsi AFFA-da ayrılır. Yəni SOCAR-dan. Lap yəni isə sənin-mənim haqqımdan - neft gəlirlərindən ayrılan vəsaitlə varlığı və yoxluğu elə bir məna daşımayan bir klub saxlanır. 

Bəs nə ixtiyarla o vəsait belə dərəbəyliklə, kimlərisə mənfəəti üçün rahatlıqla məsrəf edilməlidi?


5 ay icarə haqqı ödənən futbolçu; zədə yox, fors-major situasiya yox - meydana niyə çıxmayıb? 


Əlbəttə ki, özünə hörməti olan baş məşqçi ondan xəbərsiz götürülən futbolçunu oynatmaz. Hər işin öz qaydası var. Komandaya yeni oyunçunun cəlb edilib-edilməməsinə dair yekun qərarı baş məşqçi verir, sıravi əməkdaş, klub rəhbərliyi, menecer yox.


Bir futbol klubu öz gəliri olmayan maliyyə ilə nədən bu cür rəftar etməlidi? Haqqı-hesabı, səbəbi hardan, kimdən sorulmalıdı? 

Şəffaflıq meyarlarına tam əməl etdiyini tez-tez vurğulamaqdan həzz alan AFFA bu cür halların araşdırılmasına maraqlıdırmı? 

Yəni süni klub yaradıb, neft pulları hesabına onu saxlamaq - OK, bunu birtəhər həzm etdik, bəs bu pulları bu cür aşkarlıqla mənimsəmək nədi? Niyə ayrılan büdcənin məsrəfinə nəzarət yoxdu? 

"Keşlə"nin Müşahidə Şurası hara baxır? 

Heç yerə baxmır.  Şuranın Zaur Axundov adlı bir sədri var, özünün "Səmayə" adlı şirkətini komandanın formasında, stadionda reklam edir. Şuranın sədri heç bir sərmayə yatırmadığı klubdan öz biznes maraqları üçü istifadə edir. 

AFFA-nın hələ də neft pullarını hara məsrəf etdiyi, kimlərə etibar etdiyi düşündürmür?

Yaxşı yol, Padio. Sənlik bir şey yoxdu. Sən danışılmış şərtə əməl etdin - 5 ay ehtiyat skamyasında oturub, aylıq məvacibini aldın, onun da bir hissəsi klubdakı mənfəətbazların cibinə getdi...

Futbolpress.az

0