[b]Dani Kintana: Bu, məni çox təəccübləndirdi - MÜSAHİBƏ[/b]
10.03.2018 - 21:48
[b]Dani Kintana: Bu, məni çox təəccübləndirdi - MÜSAHİBƏ[/b]

"Qarabağ"ın futbolçusu Dani Kintana "Zirə" ilə oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə ispaniyalı yarımmüdafiəçi qələbəni şərh edib.

 

- Bu gün rahat qələbə qazandığınızı demək olarmı?

- Erkən qol vurmağımız lehimizə işlədi. Ardınca ikinci dəfə rəqibi mərkəzə dəvət etdik. Topa və oyuna nəzarət bizim tərəfimizdə idi. Bunu həmişə edirik. Məncə, 3 xala layiq idik.

 

- Oyunun gedişində bir neçə dəfə mövqeyinizi dəyişdiz. Bu, əvvəldən verilmiş tapşırıq idi?

- Xoşbəxtlikdən məşqçi çox vaxt mənə meydanda sərbəst hərəkət etməyə imkan verir. Bu gün də mənim üçün uğurlu oldu. Qol da vurdum. Sırf vəziyyətdən asılı olaraq, bəzən mövqeyimi dəyişirdim.

 

- Növbəti oyunu hazırda yaxşı formada olan "Neftçi"yə qarşı keçirəcəksiz. Hansı nəticəni gözləyirsiz?

- Bilirik ki, "Neftçi" son vaxtlar yaxşı forma yığıb, ardıcıl qələbələr qazanmağa başlayıb. Amma həmişəki kimi, meydana qalibiyyət üçün çıxacağıq. "Qarabağ"ın hər zaman məqsədi budu. "Neftçi"nin işini çətinə salmağa çalışacağıq.

 

- "Qəbələ" qış fasiləsindən sonra özünü yaxşı tərəfdən göstərə bilmir. Bunun da nəticəsində artıq "Qarabağ"dan 10 xal geri qalır. Bu, sizin üçün gözlənilməz olmadı?

- Əslinə qalsa, doğrudan da, mənim üçün çox təəccüblü oldu. "Qəbələ"nin belə xal itkilərini gözləmirdik. Amma heç kimi hesabdan silmirik. Mübarizəmizi sona qədər davam etdirəcəyik. Biz addım-addım irəliləyirik, həmişə növbəti oyuna baxırıq. Qalan turlarda da belə olacaq.

 

- "Qarabağ"ın irəli xətdə oynayan futbolçularından Ramil Şeydayev daha istedadlıdı, yoxsa Mahir Mədətov?

- Gəlin, belə məsələlərə girməyək. Bununla bağlı qərarı baş məşqçi verir. Bu gün start heyətdə Ramil yer almışdı. Mən baş məşqçinin qərarlarına qarışmaq istəmirəm.

0