[b]Dario Federikonun "sarğı" xahişi[/b]
21.05.2018 - 12:55
[b]Dario Federikonun "sarğı" xahişi[/b]

Topaz Premyer Liqasının son turunda “Kəpəz”i “Neftçi” önünə Dario Federikonun kapitan kimi meydana çıxarmasının səbəbi müəyyənləşib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu, braziliyalının Gəncə klubundan ayrılması ilə əlaqədardı.

 

Belə ki, “Kəpəz”in heyətində son matçına çıxan Dario baş məşqçi Yunis Hüseynov və kapitan Şəhriyar Rəhimovdan sarğının ona verilməsini xahiş edib. Onlar da bu istəyi geri çevirmədikləri üçün “Neftçi” ilə matçda komandanın kapitanı 27 yaşlı yarımmüdafiəçi olub.

 

Qeyd edək ki, öz meydanında “Neftçi”yə 1:2 hesabı ilə məğlub olan “Kəpəz” mövsümü 14 xalla sonuncu pillədə tamamlayıb.

0