[b]Davada iştirak edən və hakimləri söyən futbolçularla bağlı sərt qərar[/b]
13.12.2017 - 13:33
[b]Davada iştirak edən və hakimləri söyən futbolçularla bağlı sərt qərar[/b]

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Gənclər Liqasının qalmaqallı “Kəpəz” – “Neftçi” matçı ilə bağlı qərarlar verilib. Apasport.az saytının məlumatına görə, İK 3 futbolçunu diskvalifikasiya edib.

 

Belə ki, adıçəkilən qarşılaşmadan sonra kütləvi dava-dalaşda iştirak edən “Neftçi”nin üzvü Əbdül Ağaməmmədov və “Kəpəz”in oyunçuları Mehdi Həsənovla Yusif İsmayılov 5 oyunluq cəzalandırılıb.

 

Həmçinin, U-13 Liqasının, UGİM (Lənkəran) – “Boradigah” (Masallı) görüşünün 45-ci dəqiqəsində meydan sahiblərinin baş məşqiçisi Bəxtiyar Sadıqov hakimi etdiyi üçün 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.

 

Eyni zamanda futzal üzrə Azərbaycan birinciliyinin “İtaldizayn” – “Qarabağ” qarşılaşmasında meydan sahiblərinin üzvü Həsən Camalzadə qırmızı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə, 4 oyunluq cəza alıb. II dəstənin “Bərdə FK-Xocalı” – “Bayker Hughes” görüşündə isə referiləri söyən qonaqların iki oyunçusu Elxan Sultanovla Dair Məhəmmədov eyni cəza ilə üzləşiblər.

0