[b]DÇ-1998-dəki fırıldağın etirafı: Platinidən ŞOK açıqlama[/b]
18.05.2018 - 17:03
[b]DÇ-1998-dəki fırıldağın etirafı: Platinidən  ŞOK açıqlama[/b]

Bir sıra azarkeşlərin şübhə ilə yanaşdığı Fransanın DÇ-1998-dəki çempionluğu ilə bağlı maraqlı fakt ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, təşkilatçılar yarışın təqvimi qurularkən fırıldaq edib.

 

Bunu mundialın təşkilat komitəsinin rəhbərlərindən biri, sonradan UEFA prezidenti olan Mişel Platini açıqlayıb.

 

O, Fransa və Braziliyanın finala qədər üz-üzə gəlməməsini özlərinin qurduğunu etiraf edib: “Təqvimin üzərinə çalışarkən biz bir az hiyləgərlik etdik. Əgər biz, yəni Fransa yığması və Braziliya öz qruplarında 1-ci olsaydı, finala qədər qarşılaşa bilməzdi. Elə düşünürsüz, başqaları bunu etməzdi? Hamı Fransa – Braziliya finalını xəyal edirdi”.

 

Qeyd edək ki, turnirin “setka”sındakı fırıldaq sayəsində finala təsadüf edən Fransa – Braziliya matçında meydan sahibləri 3:0 hesabı ilə qalib. Bu, Fransa yığmasının tarixinə ilk dünya çempionluğu kimi düşüb.

0