[b]DÇ-2018: Danimarka İrlandiya ilə bacarmadı[/b] -[b] YENİLƏNİB[/b]
12.11.2017 - 01:39
[b]DÇ-2018: Danimarka İrlandiya ilə bacarmadı[/b] -[b] YENİLƏNİB[/b]

Bu gün DÇ-2018-in seçmə mərhələsinin sonuncu pley-off oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Danimarka yığması İrlandiya ilə üz-üzə gəlib.

 

İlk dəfə mundialın pley-offunda oynayan danimarkalılar iki dəfə qitə çempionatı üçün həlledici duel həyəcanı yaşayıb. AÇ-2000-ə İsrail üzərində darmadağınla (5:0, 3:0) yüksələn şimallıları AÇ-2016-ya İsveç buraxmayıb.

 

16 ildən sonra mundiala yüksəlmək istəyən İrlandiya 8-ci dəfə pley-off oynamaqla Avropa rekordçusu olub. Bu yığma DÇ-2002, AÇ-2012 və AÇ-2016-ya bu mərhələdəki qələbə ilə yüksəlib. AÇ-1996, DÇ-1998, AÇ-2000, DÇ-2010-da isə irlandiyalıları pley-offda dayandırıblar.

 

Bu oyunda isə qalib müəyyənləşməyib. Ümumiyyətlə, azarkeşlər matçda qola şahid lik edə bilməyiblər. cütün taleyinə İrlandiyadakı cavab matçında aydınlıq gələcək.

 

 

DÇ-2018, pley-off oyunları

Avropa zonası, ilk oyunlar

11 noyabr

 

Danimarka – İrlandiya - 0:0

 

0