[b]DÇ-2018 finalında insident: “Milisioner oyuna daxil olur”[/b] - [b]FOTOLAR[/b]
15.07.2018 - 20:38
[b]DÇ-2018 finalında insident: “Milisioner oyuna daxil olur”[/b] - [b]FOTOLAR[/b]

DÇ-2018-in final matçında maraqlı hadisə baş verib. APA-nın xüsusi müxbirinin “Lujniki” stadionundan verdiyi məlumata görə, Fransa və Xorvatiya milli komandaları arasında keçirilən final matçının 51-ci dəqiqəsində bir neçə azarkeş qaçaraq stadiona daxil olub.

 

Hadisə anında hakim dərhal oyunu saxlayıb. FİFA əməkdaşları stadiona daxil olanları çıxartdıqdan sonra oyun davam etdirilib.

 

Rusiya mətbuatının yazdığına görə, stadiona daxil olanlar “Pussy Riot”un üzvləri olublar.

 

Onların “Milisioner oyuna daxil olur” aksiyası çərçivəsində bu hərəkəti etdikləri bildirilib.

0