[b]DÇ-2018: Heç kimin bacarmadığını Yaponiya etdi[/b]
19.06.2018 - 20:10
[b]DÇ-2018: Heç kimin bacarmadığını Yaponiya etdi[/b]

DÇ-2018-in H qrupunda Kolumbiya Yaponiya ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, “samuraylar”ın 2:1 hesablı qələbəsi ilə başa çatan görüş tarixə düşüb.

 

Belə ki, bu vaxta qədər heç bir mundialda Asiya təmsilçisi Cənubi Amerika komandasına qalib gələ bilməmişdi.

 

Buna qədər baş tutan 18 oyunun 15-də KONMEBOL üzvləri qələbə qazanmış, 3 görüşdə isə qalib müəyyənləşməmişdi.

0