19 Fevral 20:34 DÇ-2018: Stadionlardan birinin ərazisində çökmə baş verdi
FUTBOL xəbərləri 19 Fevral 20:34
519 baxış

DÇ-2018: Stadionlardan birinin ərazisində çökmə baş verdi

Dünya çempionatı ərəfəsində mundialın oyunlarından bəzilərinin keçiriləcəyi stadionlardan birində problem yaranıb. Apasport.az saytının məlumatına görə, DÇ-2018 üçün xüsusi inşa olunmuş Kalininqrad arenasında çökmə baş verib.

 

Belə ki, idman qurğusunun ətrafında topraq sahəsi ciddi şəkildə zədələnib. Bununla bağlı artıq yerli hüquq-mühafizə orqanları tikintini həyata keçirən Baltika İnşaat Şirkətini məsuliyyətə cəlb edib.

 

Aparılan ilkin elmi-tədqiqat müayinələri nəticəsində məlum olub ki, bəzi yerlərdə ümumi səviyyədən 1.6 metr aşağıya qədər çökmə olub.

 

Qeyd edək ki, buna səbəb kimi inşaat zamanı istifadə olunmalı qumun oğurlanması və külli miqdarda yeyintinin olması göstərilir.