16 May 11:07 DÇ-2018: Uruqvayın ilkin siyahısında 26 futbolçu
FUTBOL xəbərləri 16 May 11:07
585 baxış

DÇ-2018: Uruqvayın ilkin siyahısında 26 futbolçu

Uruqvay millisinin dünya çempionatı üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilkin siyahıya 26 oyunçu salınıb.

 

Baş məşqçi Oskar Tabares yoldaşlıq görüşlərindən sonra yekun “23-lüy”ü müəyyənləşdirəcək.

 

Qapıçılar: Fernando Muslera (“Qalatasaray”, Türkiyə), Martin Silva (“Vasko da Qama”, Braziliya), Martin Kampanya (“İndependyente”, Argentina);

Müdafiəçilər: Dieqo Qodin, Xose Mariya Ximenes (hər ikisi “Atletiko”, İspaniya), Sebastyan Koates (“Sportinq”, Portuqaliya), Maksi Pereyra (“Porto”, Portuqaliya), Qaston Silva (“İndependyente”, Argentina), Martin Kaseres (“Latsio”, İtaliya), Gilyermo Varela (“Penyarol”);

Yarımmüdafiəçilər: Naytan Nandes (“Boka Xuniors”, Argentina), Lukas Torreyra, Qaston Ramires (“Sampdoriya”, İtaliya), Matias Vesino (“İnter”, İtaliya), Federiko Valverde (“Deportivo”, İspaniya), Rodriqo Bentakur (“Yuventus”, İtaliya), Karlos Sançes, Conatan Urretaviskaya (hər ikisi “Monterrey”), Corcian De Arraskaeta (“Kruzeyro”, Braziliya), Dieqo Laksalt (“Cenoa”, İtaliya), Kristian Rodriges (“Penyarol”), Nikolas Lodeyro (“Sietl Saunders”, ABŞ);

Hücumçular: Kristian Stuani (“Jirona”, İspaniya), Maksimiliano Qomes (“Selta”, İspaniya), Edinson Kavani (PSJ, Fransa), Luis Suares (“Barselona”, İspaniya).

 

Qeyd edək ki, Uruqvay yığması dünya çempionatında Rusiya, Səudiyyə Ərəbistanı və Misirlə A qrupunda mübarizə aparacaq.

Xəbər lenti