[b]DÇ-2026-ya daha bir namizəd[/b]
12.08.2017 - 11:45
[b]DÇ-2026-ya daha bir namizəd[/b]

DÇ-2026-ya ev sahibliyi üçün daha bir namizəd bəlli olub. Apasport.az saytının məlumatına görə, Mərakeş Kral Futbol Assosiasiyası mundialın təşkilatçılığına iddiasını açıqlayıb.

 

1994, 1998, 2006 və 2010-cu illərin çempionatlarına da namizədlik verən Afrika ölkəsi 5-ci dəfə mübarizəyə qoşulacaq. İlk dəfə 48 komandanın yarışacağı turnirlə bağlı rəsmi müraciətlər olmasa da Kolumbiya, ABŞ, Böyük Britaniya, Qazaxıstan, həmçinin Avstraliya ilə Yeni Zelandiyanın, Azərbaycanla Türkiyənin birgə namizədliyi hallanır. Maraqlıdı ki, Azərbaycanın da Türkiyə ilə birgə namizədlik verəcəyi də dəfələrlə xarici mətbuatda yer alır.

 

Qeyd edək ki, DÇ-2018 Rusiya, DÇ-2022 Qətərdə keçiriləcək.

0