[b]Delarjın “Qarabağ”a transferini prezident təsdiqlədi[/b]
22.07.2018 - 23:40
[b]Delarjın “Qarabağ”a transferini prezident təsdiqlədi[/b]

“Bursaspor”un hücumçusu Con Delarjın “Qarabağ”a keçidi təsdiqlənib. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə klubunun prezidenti Ali Ay bildirib.

 

O, yerli mətbuata açıqlamasında klubun transfer siyasətini dəyərləndirib. Bir neçə oyunçu ilə maraqlandıqlarını açıqlayan Ay “Delarjı “Qarabağ”a verdik” deməklə, bu məsələyə son nöqtəni qoyub.

 

Qeyd edək ki, türkiyəli həmkarlarımız bu keçidin “Qarabağ”a 200 min dollara başa gəldiyini yazıb.

0