16 Dekabr 11:03 Dembele “Real”a qarşı oynayacaq?
FUTBOL xəbərləri 16 Dekabr 11:03
549 baxış

Dembele “Real”a qarşı oynayacaq?

“Barselona”nın futbolçusu Usman Dembele sıraya dönüb. Apasport.az saytı xəbər verir ki, fransalı yarımmüdafiəçi zədəsini tam sağaldıb.

 

Dembele La Liqanın XVII turunda əzəli rəqib “Real”la keçiriləcək matçda komandasına kömək edə biləcək. Məlumatı İspaniyanın “Marca” nəşri yayıb.

 

Dembele sentyabrda zədələnərək, uzun müddətə sıradan çıxmışdı.

 

Qeyd edək ki, “Real” – “Barselona” matçı dekabrın 23-də keçiriləcək.

Xəbər lenti