[b]Dieqo Simeone: Bu, “Qarabağ”da alınmadı[/b]
18.10.2017 - 22:30
[b]Dieqo Simeone: Bu, “Qarabağ”da alınmadı[/b]

“Gözlənilməz nəticə oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib. Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın qonağı olan Madrid təmsilçisi meydandan qolsuz bərabərliklə ayrılıb.

Oyundan sonra təşkil edilən mətbuat konfransında Simeone fikrini bu sözlərlə davam etdirib: “İlk hissədə yaxşı epizodlar yaratsaq da, qol vura bilmədik. İkinci hissədə üzərimizdəki təzyiq artdı. Nəticədə xal itkisi ilə üzləşdik. Buna baxmayaraq, komandama inanıram. 3 ay qabaq “Atletiko” ilə yeni müqavilə imzaladım. Sözləşməyə qol çəkəndə nə etdiyimi bilirdim. Diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik”.

 

- “Qarabağ”ın heyətində kimi fərqləndirərdiz?

- Bu oyuna hazır idik. Rəqibin heyətində qapıçını vurğulamaq istəyirəm. İlk hissədə Karrasko və Qrizmannın qol epizodunda yaxşı oynadı. Bundan əlavə, rəqib boş zonalardan yaxşı yararlanırdı, müdafiədən hücuma yaxşı çıxırdı.

 

- Komandanızda sanki nəsə çatışmırdı, futbolçularınız hərəkətsiz görünürdü. Problem nədə idi?

- Bununla razı deyiləm. Komandamızda fiziki çatışmazlıq yoxdu. Sadəcə, yaratdığımız epizodları qola çevirə bilmədik. Bu da ikinci hissədə üzərimizdə daha çox təzyiq yaratdı. Bugünkü matçda son nöqtəni qoymaq çatmadı.

 

 - Bu gün “Qarabağ” 2 xal itirdi, yoxsa “Atletiko” 1 xal qazandı?

- Bu cür suallara şərh verə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, 3 xala ehtiyacımız var idi. Buna görə də, hücuma daha çox atılırdıq. Rəqib isə bizi əks-hücumda tutmaq istəyirdi. Amma bu, “Qarabağ”da alınmadı.

 

- Son 4 matçda qələbə qazana bilməmisiz. Buna görə narahatsızmı?

- Xeyr, bu situasiya məni narahat etmir. Oyunumuz pis alınmır. Futbolçular həvəslə vuruşdular, sona qədər mübarizə apardılar.

0