16 İyul 20:19 Dieqo Simeone özünün və oğlunun taleyini bacısına əmanət edib
FUTBOL xəbərləri 16 İyul 20:19
1108 baxış

Dieqo Simeone özünün və oğlunun taleyini bacısına əmanət edib

“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin bacısı Natalya Simeone Madridə gəlib. Apasport.az saytının məlumatına görə, Natalya qardaşının agentidi.

 

O, “hindular”la yeni müqavilənin şərtlərini müzakirə etmək üçün İspaniyaya gəlib. “Atletiko” Simeoneyə 2 illik müqavilə təklif edib. Ancaq argentinalı mütəxəssis 1 illik müqavilə bağlamağın tərəfdarıdı.

 

Madriddəki danışıqlardan sonra Natalya İtaliyaya gedərək “Cenoa”nın hücumçusu, qardaşı oğlu Covanni Simeonenin transferi ilə bağlı danışıqlar aparacaq. Covanninin xidmətində A seriyasının bir neçə top-klubu maraqlıdı.

Xəbər lenti