22 Oktyabr 17:55 Dmitri Nazarov qovuldu
FUTBOL xəbərləri 22 Oktyabr 17:55
1164 baxış

Dmitri Nazarov qovuldu

Almaniya II Bundesliqasında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Erzgebirge” də növbəti matçına çıxıb.

 

Aue təmsilçisi doğma meydanda “Regensburq”u qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qarşılaşmaya əsas heyətdə başlayan Dmitri 20-ci dəqiqədə qırmızı vərəqə alaraq meydanda qovulub. Oyun eipzodlarının birində aut atarkən topu bilərəkdən rəqib futbolçunun başına çırpan Nazarovun hərəkəti hakimin qəzəbinə səbəb olub.

 

Qeyd edək ki, 11 oyundan sonra aktivində 16 xal olan “Erzgebirge” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər lenti