[b]Dreksa qayıtdı, Petrov oynamayacaq[/b]
20.04.2017 - 11:58
[b]Dreksa qayıtdı, Petrov oynamayacaq[/b]

Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə”nin qonağı olacaq “Neftçi” oyuna itkilərlə çıxacaq. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın ukraynalı futbolçusu Kirill Petrov bu görüşdə iştirak etməyəcək.

 

Zədəsini hələ sağaltmayan Petrov “Zirə” ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək. “Neftçi”nin əsas kapitanı Mahir Şükürovun isə səhhətində problem yaranıb. Bu səbəbdən onun da “Zirə”yə qarşı oynamayacağı bildirilir.

 

Əvəzində “Neftçi”nin iki üzvü sıraya dönüb. Söhbət Pavel Dreksa və Məqsəd İsayevdən gedir. Hər iki müdafiəçi zədəsini sağaldıb. Kollektivlə məşqlərdə iştirak edən Dreksa və İsayev “Zirə” ilə oyuna hazırdı.  

 

Qeyd edək ki, aprelin 23-də keçiriləcək “Zirə” – “Neftçi” matçı saat 17:00-da start götürəcək. 

0